Londonda Yeni il şənliyi ləğv edilib, teatrlarda tamaşalar dayandırılıb

Londonda Yeni il şənliyi ləğv edilib, teatrlarda tamaşalar dayandırılıb Böyük Britaniyada artan COVID-19 hadisələri səbəbindən paytaxt Londonda Yeni il şənliyi ləğv edilib, teatrlarda tamaşalar dayandırılıb.
Trafalgar Meydanında keçirilməsi planlaşdırılan tədbiri ləğv etmək qərarına gəldiklərini açıqlayan London meri Sadiq Xan söyləyib ki, “Bu, bir çox londonlu üçün çox məyusedici xəbər olacaq, lakin virusun yayılmasının qarşısını almaq üçün düzgün addımlar atmalıyıq”.
O, bunun əvəzinə Yeni ilin gəlişinin canlı yayımla qeyd ediləcəyini açıqlayıb.
O, virusun “Omikron” variantının yayılmasını yavaşlatmaq üçün əllərindən gələni etməyə qərarlı olduqlarını bildirib.
Digər tərəfdən Londonda məşhur teatrlar öz tamaşalarını ləğv etməyə başlayıblar. Teatrlardan verilən açıqlamalarda işçilər arasında COVID-19-a yoluxma hallarının olduğu və bu vəziyyətin onları fasilə verməyə məcbur etdiyi bildirilib.
Qeyd edək ki, Britaniyada yoluxma hallarının sayı 90 mini keçərək pandemiya ərzində ən yüksək gündəlik saya çatdıqdan sonra, mer Sadiq Xan Londonda fövqəladə vəziyyət elan edib.

Tehsil-press.az


Oxşar xəbərlər