Tramp Britaniyaya səfərini ləğv etdi: "Getməyəcəm və lenti kəsməyəcəm!"

Tramp Britaniyaya səfərini ləğv etdi: ABŞ prezidenti Donald Tramp Böyük Britaniyaya səfərini ləğv etdiyini bəyan edib. ABŞ prezidentinin fevralın sonunda Londanda səfirliyin yeni binasının açılışında iştirak etmək üçün Böyük Britaniyaya səfəri gözlənilirdi. KİV-lərdə onun bu səfəri ləğv edəcəyi barədə dəfələrlə məlumatlar getmişdi.
Nəhayət ki, D.Tamp özünün "Twitter" səhifəsində qərarını açıqlayıb:
"Bəli, Londona səfərimi ləğv etdim, çünki Obama Administrasiyasının qərarlarını dəstəkləmirəm. Onlar Londonda səfirliyin əvvəlki binasını qəpik-quruşa satdılar, sonradan ucqar bir yerdə 1,2 milyard dollara yeni bina tikdilər. Pis qərardır. İstəyirsiniz indi yeni səfirliyin lentini kəsim? Yox, etməyəcəm!"

Tehsil-press.az

Oxşar xəbərlər