Şəhid və qazi övladları üçün “Azərbaycan vətənimdir” mövzusunda şənlik təşkil edilib

Şəhid və qazi övladları üçün “Azərbaycan vətənimdir” mövzusunda şənlik təşkil edilib Aktyorlar Evində Təhsil Nazirliyinin dəstəyi, 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə və Yeni ilə həsr olunan “Azərbaycan vətənimdir” mövzusunda şənlik təşkil olunub.
Şənlikdə II Qarabağ müharibəsi şəhid və qazilərin övladları, sağlamlıq imkanları məhdud uşaqlar və az təminatlı ailələrin övladları iştirak ediblər.
Tədbirdə 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri rəngarəng geyimlərdə Azərbaycan ərazisində yaşayan azsaylı xalqların, etnik qrupların, eyni zamanda, uşaqların sevimli cizgi filmi qəhrəmanlarının rəqslərini nümayiş etdiriblər, mahnılar oxuyublar. Şənlikdə Yeni il tamaşası da təqdim olunub.

Tehsil-press.az

Oxşar xəbərlər