Təhsil Nazirliyi 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr edilmiş “Ürəklərdə yaşayan Ulu Öndər” mövzusunda virtual sərgi keçirilib.
Bakı şəhəri və respublikanın regionlarında fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvlərinin rəsm işlərindən ibarət virtual sərginin keçirilməsində əsas məqsəd Azərbaycan xalqının xilaskarı olan ümummilli lider Heydər Əliyevin əziz xatirəsi, ömür yolu və siyasi fəaliyyətini uşaqlar tərəfindən əks etdirmək, xüsusi istedada malik uşaqları üzə çıxarmaq, onlarda Vətənə məhəbbət, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət hisslərini aşılamaq, həmçinin yaradıcılıq qabiliyyətlərini və düşüncələrini inkişaf etdirməkdir.
Sərgidə respublika üzrə 55 uşaq-gənclər inkişaf mərkəzi tərəfindən təqdim edilmiş 140 rəsm işindən 28-i Təhsil Nazirliyinin rəsmi internet saytı və sosial şəbəkələr vasitəsilə nümayiş olunur. Rəsmlərdə Ulu Öndərin müstəqillik əldə olunduqdan sonra iqtisadi, siyasi, mədəni və digər sahələrdə həyata keçirdiyi əhəmiyyətli işlər əksini tapıb. Əsasən portret janrında olan rəsmlərin çəkilməsində sulu boya, akvarel, quaş, pastel, tuş və digər vasitələrdən istifadə olunub.
Tehsil-press.az