Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva uşaqlar üçün şənlikdə iştirak edib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva uşaqlar üçün şənlikdə iştirak edib Heydər Əliyev Fondu uşaqlar üçün növbəti şənlik təşkil edib.
1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə təsadüf edən şənlikdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.
Bakıdakı 1 saylı uşaq evinin Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən istirahət düşərgəsində keçirilən şənlik həm də bu uşaq evinin sakinlərinin yay düşərgəsinə köçməsi və mövsümün açılışı ilə əlamətdar oldu.
Uşaq evinin sakinləri bu məkanda yay mövsümünün ovqatını duydular, müxtəlif mahnılar, rəqslər ifa etdilər, məharətlərini göstərdilər. Leyla Əliyeva şən musiqi nömrələrinin sədaları altında uşaqlarla birgə rəqs etdi. Bir-birindən maraqlı musiqi nömrələrinin ifa olunduğu tədbirin yaddaqalan məqamlarından biri də hamının birgə yallı getməsi oldu.
Çay süfrəsi arxasında davam edən tədbirdə Leyla Əliyeva uşaqlarla söhbət etdi, onların bu şənliklə bağlı fikirləri ilə maraqlandı, xatirə şəkli çəkdirdi.
Bir saylı uşaq evinin 120 sakini var. Burada 3 yaşdan 18 yaşadək uşaqlar yaşayır, təhsil və tərbiyə alırlar. Bu düşərgə Heydər Əliyev Fondu tərəfindən 2006-cı ildə inşa olunub, 2013-cü ildə əsaslı təmir edilib, həyətyanı sahə abadlaşdırılıb. Burada yeni, müasir stadion inşa olunub, hovuz yenidən qurulub, uşaqların asudə vaxtlarını səmərəli keçirmələri üçün gözəl şərait yaradılıb. Düşərgənin dəniz yaxınlığında yerləşməsi isə uşaqların yay aylarında istirahətini çimərlikdə keçirməsinə də imkan verir.
Uşaq hüquqlarının təmin edilməsi ölkəmizdə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu siyasətin uğurla reallaşdırılmasına Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva hərtərəfli dəstək verir. Ulu Öndərin adını daşıyan Fond yarandığı ilk gündən valideyn himayəsindən məhrum olan, dövlət müəssisələrində tərbiyə edilən uşaqların taleyini diqqət mərkəzində saxlayır. Paytaxtımızın Nizami rayonundakı 1 nömrəli uşaq evinin Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki düşərgəsinin fəaliyyəti də Fondun uşaqlarla bağlı reallaşdırdığı layihələr silsiləsinə daxildir.
Şənliyin sonunda uşaqlara və yay düşərgəsinə hədiyyələr təqdim edildi.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva uşaqlar üçün şənlikdə iştirak edib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva uşaqlar üçün şənlikdə iştirak edib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva uşaqlar üçün şənlikdə iştirak edib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva uşaqlar üçün şənlikdə iştirak edib

Təhsil-press.az

Oxşar xəbərlər