Rusiyalı uşaqlar 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində

Rusiyalı uşaqlar 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində Heydər Əliyev Fondunun dəvəti ilə Azərbaycana gələn Rusiyanın “Bizim ev” (“Naş dom”) Ailə Tərbiyəsinə Dəstək Mərkəzinin sakinləri Təhsil Nazirliyinin 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin qonağı olublar.
Valideyn himayəsindən məhrum uşaqlar üçün Mərkəzdə çoxsaylı ustad dərsləri təşkil olunub. Məktəblilər rəsm çəkib, elmi laboratoriyada müxtəlif təcrübələrə baxıb, açıqcalar hazırlayıblar. Qonaqlar, həmçinin milli rəqs hərəkətləri öyrənib, üçölçülü model robotlar düzəldiblər.
Müxtəlif dərnəklərdə iştirak edən rusiyalı qonaqlar görüşdən məmnun qalıblar.

Tehsil-press.az

Oxşar xəbərlər