“Omicron”a görə ABŞ-da daha 700 uçuş ləğv edildi

“Omicron”a görə ABŞ-da daha 700 uçuş ləğv edildi ABŞ-da “omicron” ştamının sürətlə artması uçuşlara mənfi təsir göstərməkdə davam edir.
Bu gün ölkə üzrə 700-ə yaxın reys təxirə salınıb.
Bu barədə uçuş məlumatlarını tərtib edən “Flightaware.com” məlumatında qeyd edilib.
Bildirilib ki, bu gün dünya üzrə 2 min 200 reys ləğv edilib, 2 mindən çox reys gecikib. Ötən gün isə dünya üzrə 2800 reys ləğv edilib, 11 min reys gecikib.

Tehsil-press.az


Oxşar xəbərlər