ABŞ-ın qərbində dəhşətli istilər fəsadlar yaradıb. Trend-in məlumatına görə, istilər səbəbindən Arizona ştatının Finiks şəhər aeroportunda onlarla reys təxirə salınıb.
"American Airlines" aviaşirkəti aviareyslərin təxirə salınmasını sərnişin təyyarələrinin texniki göstəriciləri ilə izah edib.
Məlumatda deyilir ki, "Airbus"lar üçün 52,8, "Boeing"lər üçün 52,2, "Bombardier"lər üçün isə 47,8 dərəcə (yerdə) istidən yuxarı uçuş qadağandır. Aviaşirkət belə isti hava şəraitində təyyarələrin yerdən sürət yığaraq havaya qalxmasının çətin olduğunu qeyd edib.
Finiksdə isə hazırda 48 dərəcə isti qeydə alınıb.
Yerli meteoroloqlar yaxın günlərdə də isti, quru havanın davam edəcəyini proqnozlaşdırıblar. Əhaliyə istilərlə bağlı xəbərdarlıq edilib.
Təhsil-press.az