Azərbaycan Texniki Universitetində (AzTU) “Sığorta xidmətinin əsasları” mövzusunda təlim keçirilib.
Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təşəbbüsü ilə keçirilən təlimdə İqtisadiyyat və idarəetmə fakültəsinin tələbələri iştirak ediblər.
ASA Tədris Mərkəzinin direktor müavini Babək Məmmədov kiçik və orta biznesin inkişafı, vətəndaşların bu istiqamətdə maarifləndirilməsi ilə bağlı fikirlərini bildirib.
Təlimdə sığorta xidmətlərinin keyfiyyətinin artırılması, bununla bağlı xarici ölkələrin təcrübəsi və digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.
Sonda tələbələrin sualları cavablandırılıb.
Tehsil-press.az