UNEC-də Kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılıb

UNEC-də Kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılıb Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə savadlılığının artırılması” mövzusunda təlim təşkil edilib.
“Milli iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol xəritələrində nəzərdə tutulmuş tədbirlərin icrası ilə bağlı UNEC-in Strateji Planı (2017-2020-ci illər üçün)” çərçivəsində keçirilən təlimdə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Konfederasiyasının əməkdaşları və gənc sahibkarlar iştirak ediblər.
Distant, Qiyabi və Əlavə Təhsil Mərkəzinin direktoru Səbuhi Tanrıverdiyev təlimin kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə savadlılığının artırılması məqsədilə keçirildiyini bildirib. O qeyd edib ki, təlimlərdə nəzərdə tutulan mövzuların hər biri kiçik və orta sahibkarlıq subyektinin fəaliyyəti prosesində meydana çıxa biləcək məsələləri əhatə edir.
Tədbirdə UNEC-in ekspertləri “Müəssisənin maliyyə vəziyyətinin əsas göstəriciləri”, “Bazarda mövcud olan maliyyə məhsulları və xidmətləri”, “Kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə məhsulları və xidmətlərindən istifadə prosesində meydana çıxan əsas risklər” mövzuları üzrə təqdimatlarla çıxış ediblər.
Sonra mövzu ilə bağlı fikir mübadiləsi aparılıb.

UNEC-in Mətbuat Xidməti


UNEC-də Kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılıb

Oxşar xəbərlər