AzTU-nun rektoru I kurs tələbələri ilə görüşüb

AzTU-nun rektoru I kurs tələbələri ilə görüşüb Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev 2021/2022-ci tədris ilində universitetin İqtisadiyyat və idarəetmə, Nəqliyyat və logistika fakültələrinə qəbul olunan I kurs tələbələri ilə görüşüb.
Rektor tələbələrə universitetdə görülən işlər və yaxın zamanlarda həyata keçiriləcək yeni layihələr barədə məlumat verib.
Daha sonra tələbələrin sualları cavablandırılıb.
Görüşdə universitetin prorektorları, dekanları və kafedra müdirləri də iştirak ediblər.

Tehsil-press.az


Oxşar xəbərlər