Bakı Slavyan Universitetində (BSU) koronavirus və icbari tibbi sığorta ilə bağlı növbəti maarifləndirici tədbir keçirilib.
Tərbiyə işləri üzrə prorektor, dosent Xanım Sultanova tədbirin koronavirus və icbari tibbi sığorta ilə bağlı müəllim və tələbələrin maarifləndirilməsinə xidmət etdiyini deyib.
Tədbirdə 2 nömrəli tələbə poliklinikasının həkimi Məhbubə Şükürova hazırda koronavirusa qarşı bütün dünyada, o cümlədən Azərbaycanda müvafiq tibbi-profilaktik tədbirlərin reallaşdırıldığını bildirib və bu mövzunun cəmiyyət üçün aktual olduğunu vurğulayıb. O, koronavirusun səbəbləri, əlamətləri və bu virusdan qorunma üsulları, şəxsi gigiyena qaydaları barədə ətraflı məlumat verib.
Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məsul əməkdaşı Pərvin Baxşəliyeva isə ölkəmizdə icbari tibbi sığorta sahəsindəki mövcud qanunvericilik bazası, icbari tibbi sığorta sisteminin üstünlükləri, ölkə üzrə icbari tibbi sığortanın mərhələli şəkildə tətbiqi və aidiyyəti dövlət təşkilatlarının bu istiqamətdə həyata keçirdikləri işlərdən danışıb.
Sonda tələbə və müəllimlərin sualları cavablandırılıb.
Tehsil-press.az