ABŞ prezidentinin təyyarəsi qar çovğununa düşüb

ABŞ prezidentinin təyyarəsi qar çovğununa düşüb ABŞ prezidenti Co Baydenin təyyarəsi Amerika paytaxtı yaxınlığındakı Endryus aviabazasına çatan zaman qar çovğununa düşüb.
Yanvarın 3-də qar çovğunu Vaşinqtonu bürüyüb. C.Bayden enişdən yalnız 30 dəqiqə sonra layneri tərk edə bilib: bütün bu müddət ərzində hava limanının əməkdaşları zolağı qardan təmizləyiblər.
Bundan sonra Bayden küləyin əsməsindən üzünü örtərək nərdivanla yerə düşüb.

Tehsil-press.az


Oxşar xəbərlər