Türkiyə Qara dənizdə yeni yataqlar kəşf etdiyini açıqlayıb

Türkiyə Qara dənizdə yeni yataqlar kəşf etdiyini açıqlayıb Qara dənizdə əvvəllər kəşf olunmamış ərazidə qazma kəşfiyyat işlərinə hazırlıq gedir.
Bu barədə energetika və təbii sərvətlər naziri Fatih Dönməz bildirib.
Onun sözlərinə görə, Qara dənizin dibindən gələn qazın 2023-cü ilin birinci rübündə Türkiyədəki istifadəçilərə çatması gözlənilir:
"Qara dənizdə Sakarya yatağına bitişik ərazidə qazma kəşfiyyat işlərinə hazırlıq gedir. Ümid edirəm ki, 2022-ci ildə xalqa daha bir şad xəbəri çatdıra bilərik".
Qeyd edək ki, "Fatih" qazma gəmisi indiyədək Qara dənizdə 540 milyard kubmetr təbii qaz ehtiyatı aşkar edib.

Tehsil-press.az

Oxşar xəbərlər