Bakı Ali Neft Məktəbində (BANM) SOCAR-ın Kompleks Qazma İşləri Trestinin nümayəndələri ilə tələbələrin görüşü keçirilib.
Görüşdə bu ali məktəbin rektoru Elmar Qasımov qazma işləri və qazma mühəndislərinin neft sənayesində əhəmiyyətli rolunu qeyd edib.
E.Qasımov bu cür məsuliyyətli peşələr üzrə BANM-in tələbələrinin işə cəlb edilmələrinə və onlara göstərilən etimada görə trestin rəhbərliyinə təşəkkürünü bildirib. O, neft-qaz sektoru üzrə yüksəkixtisaslı, ingilisdilli mühəndislər hazırlayan BANM-in tələbələrinin ən çətin işlərin öhdəsindən gələ biləcəklərinə əminliyini bildirib.
Trestin qazma departamentinin rəisi Əli İsayev bu qurumun fəaliyyəti barədə məlumat verib, tələbələrə yaradılacaq şəraitdən, istehsalat təcrübələrindən və iş imkanlarından söz açıb.
Trestin qazma mühəndisi Orxan Salmanov müəssisənin fəaliyyəti barədə təqdimatla çıxış edib, şirkətin məqsədi, strukturu və dörd istiqamətli fəaliyyətindən söz açıb. Bildirilib ki, trestin dənizdə 318, quruda isə 483 quyusu var. Kompleks Qazma İşləri Tresti BANM-in 30-dək tələbəsini istehsal təcrübəsinə cəlb etməklə qazma işlərinin dərinliklərini öyrətməyə hazırdır. Eyni zamanda, bu ali məktəbin beşinci kurs tələbələrinin də qazma mühəndisi kimi işə götürülmələri nəzərdə tutulub.
Sonra tələbələrin sualları cavablandırılıb.

Hikmət Əliyev