Şüvəlanda üç gənc dənizdə boğuldu

Şüvəlanda üç gənc dənizdə boğuldu Şüvəlanda üç nəfər dənizdə batıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonunun Şüvəlan qəsəbəsi ərazisində dənizdə 3 nəfərin batması barədə məlumat daxil olub.
Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarış işlərinə cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, hadisə "Şüvəlan" sularda xilasetmə məntəqəsindən kənarda, qeyri-çimərlik ərazidə baş verib. Həyata keçirilən tədbirlər nəticəsində 1990-cı il təvəllüdlü Əliyev İbrahim Rafiq oğlu, 1995-ci il təvəllüdlü Əliyev Asim Azər oğlu və 1995-ci il təvəllüdlü Məmmədova Nuranə Vəli qızının meyitləri tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Tehsil-press.az

Oxşar xəbərlər