İkimərtəbəyə çıxıb intihar etmək istədi

İkimərtəbəyə çıxıb intihar etmək istədi Şirvan şəhərində 1 nəfər ikimərtəbəli binanın damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.
Bu haqda Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə məlumat daxil olub.
FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Tehsil-press.az


Oxşar xəbərlər