Xırdalanda intihar cəhdinin qarşısı alınıb

Xırdalanda intihar cəhdinin qarşısı alınıb Abşeronda intihara cəhd hadisəsi baş verib.

Tehsil-press.az Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Abşeron rayonu, Xırdalan şəhərində bir nəfərin intihar etmək məqsədi ilə tikilməkdə olan binanın 6-cı mərtəbəsinə çıxması barədə məlumat daxil olub.
Dərhal FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub, aparılmış psixoloji söhbət nəticəsində intihara cəhdin qarşısı alınıb və vətəndaş aidiyyəti üzrə təhvil verilib.


Tehsil-press.az

Oxşar xəbərlər