“Postkonflikt vəziyyətlərdə yenidənqurma və bərpa” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək

“Postkonflikt vəziyyətlərdə yenidənqurma və bərpa” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək Bakıda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) təşkilatçılığı ilə “Postkonflikt vəziyyətlərdə yenidənqurma və bərpa” mövzusunda II beynəlxalq elmi konfrans (ISCRRPCS-2022) keçiriləcək.
Tədbirin məqsədi böhran və bərpası tələb olunan ərazilərin əsas inkişaf sahələri üçün bilik və təcrübənin konsolidasiyasıdır. Konfrans postkonflikt siyasətinin və planlaşdırmanın nəzəri məsələləri və modelləri, təbii ehtiyatlar və onların ekoloji problemləri, təsərrüfatlar və birliklər üçün iqtisadi təhlükəsizlik də daxil olmaqla təhlükəsizlik, Qarabağın azad olunmuş bölgələrində yeraltı və yerüstü su hövzələrinin müasir durumu və kompleks istifadəsinin təşkili, mədəni-tarixi obyektlərin bərpası və yenidən qurulması, Şuşa şəhərinin tarixi-mədəni abidələri və onların işğaldan sonrakı vəziyyəti, neft–kimya sənayesi və ekoloji təhlükəsizlik, təhsil və elm və digər mövzuları əhatə edir.
Orijinal işi əhatə edən (8 səhifəyə qədər), lakin bu tədqiqat sahələri ilə məhdudlaşmayan məqalələr qəbul olunur. Məqalələr konfrans materiallarında (seçilmiş məqalələr isə indekslənmiş jurnallarda) dərc olunacaq.
Məqalələr fevralın 5-dək qəbul olunur.

Tehsil-press.az

Oxşar xəbərlər