İqtisadiyyat İnstitutunda növbəti onlayn elmi seminar keçirilib.
Seminarı açan elmi müəssisənin direktoru, iqtisad elmləri doktoru, professor Nazim Müzəffərli tədbirin əsas müzakirə mövzusu və məruzəçi barədə məlumat verib.
Seminarda institutun Postkonflikt Ərazilərin Bərpası Elmi Mərkəzinin rəhbəri, AMEA-nın müxbir üzvü, iqtisad elmləri doktoru, professor Akif Musayev “Postkonflikt ərazilərin bərpası, yenidən qurulması və məskunlaşdırılması” mövzusunda məruzə ilə çıxış edib. Alim bildirib ki, qələbə ilə nəticələnən 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad olunmuş Qarabağ torpaqlarında bərpa və yenidənqurma işlərinə start verilib. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in 5 əsas hədəfindən biri də işğaldan azad olunmuş ərazilərə böyük qayıdışın həyata keçirilməsidir. Bu məsələ hazırda hökumətin iqtisadi siyasətinin prioritet istiqamətidir.
Qarabağda həyata keçirilən bərpa və yenidənqurma layihələri barədə məlumat verən Akif Musayev qeyd edib ki, bu proseslər çevik idarəetmə və təhlükəsizliyin təmin edilməsi, müasir infrastrukturun qurulması, iqtisadi dirçəliş problemlərinin həlli və sosial xidmətlərin təşkili kimi mərhələləri əhatə edir: “Ərazilərin bərpası prosesində bir sıra mühüm məqamlar diqqət mərkəzində saxlanılmalıdır. Xüsusən də yüksək əhali sıxlığına nail olunması, infrastruktur təminatının həmin bölgənin fasiləsiz logistik imkanlarına uyğunlaşdırılması, əhalinin repatriasiyası zamanı sosial ədalət prinsipinə riayət olunması və mülkiyyət hüquqlarının bərpası vacibdir. İqtisadi inkişafın dayanıqlılığının təmin olunması, tələb olunan investisiyaların həcminin optimallaşdırılması, dövlət xərclərinin azaldılması məqsədilə bərpa prosesinə özəl, həmçinin yerli və xarici investisiyaların cəlb edilməsi, ərazilərin bərpası prosesinin yerli istehsala daha çox tələb yaratması və beləliklə ölkə iqtisadiyyatının artımının stimullaşdırılmasına önəm verilməlidir”.
Professor vurğulayıb ki, Qarabağda iqtisadiyyatın yenidən qurulması prosesində real sektorun yaradılması üçün iqtisadi canlanmaya nail olunması, əlverişli biznes mühitinin formalaşdırılması və iqtisadi aktivliyin təşviqi mühümdür. Bölgədə regional ixtisaslaşmanın artırılması, regionun potensial rəqabət üstünlüyü sahələrinin müəyyənləşdirilməsi, sənaye, kənd təsərrüfatı və xidmət müəssisələrinin reabilitasiyası, əhaliyə və müəssisələrə maliyyə-bank xidmətlərinin və sosial xidmətlərin təşkili, bazar iqtisadiyyatı prinsiplərinin bərqərar edilməsi diqqət mərkəzində olmalıdır.
Sonda məruzəçi sualları cavablandırıb. Qarabağın iqtisadiyyatının gələcək inkişafı ilə bağlı İqtisadiyyat İnstitutunda aparılan elmi tədqiqatlar və bu istiqamətdə görüləcək işlərlə bağlı geniş müzakirələr aparılıb.
Tehsil-press.az