2022/2023-cü tədris ili üçün magistraturaya qəbul imtahanı bir mərhələdə keçiriləcək

2022/2023-cü tədris ili üçün magistraturaya qəbul imtahanı bir mərhələdə keçiriləcək 2022/2023-cü tədris ili üçün magistraturaya qəbul imtahanı Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən mərkəzləşdirilmiş qaydada beynəlxalq təcrübəyə uyğun olaraq yalnız bir mərhələdə keçiriləcək. İmtahanda məntiqi təfəkkürün, informatika və xarici dil üzrə biliklərin yoxlanılması nəzərdə tutulur.
Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Magistr” jurnalının xüsusi buraxılışının 1-ci nömrəsi üçün yazdığı “Ön söz”də bildirib.
O qeyd edib ki, bakalavrların bu sahələr üzrə biliklərinin yoxlanılması üçün qiymətləndirmə aləti olaraq test üsulundan istifadə ediləcək.

Tehsil-press.az


Oxşar xəbərlər