Dövlət İmtahan Mərkəzində (DİM) 2019-2020-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanında ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün) yoxlanılması üzrə test bloku ilə əlaqədar elmi-metodik seminar keçirilib.
Seminarda ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün) yoxlanılması üzrə qəbul imtahanı proqramı və test tapşırığı nümunələri müzakirə olunub.
DİM-in magistratura üzrə sektorunun böyük məsləhətçisi Rövşən Əsədov proqramın layihəsini və test tapşırığı nümunələrini seminar iştirakçılarına təqdim edib. Seminar iştirakçılarından İ.Cəfərova, A.Abbasquliyev, R.Xəlilov və başqaları təqdim olunan proqram layihəsi və test tapşırığı nümunələri ilə bağlı fikir və təkliflərini bildirib, onları məqbul hesab ediblər. Müzakirələr nəticəsində proqramın və test tapşırığı nümunələrinin redaktə xarakterli düzəlişlərlə qəbul olunması qərara alınıb. Proqram və test tapşırığı nümunələri “Magistr” jurnalının növbəti nömrəsində dərc olunacaq.

DİM-in Mətbuat Xidməti