Bu marşrutlarda gedişhaqqı artırılıb? - BNA-dan AÇIQLAMA

Bu marşrutlarda gedişhaqqı artırılıb? - BNA-dan AÇIQLAMA Sosial şəbəkələrdə yayılan məlumata görə, Bakıda 18 və 65 nömrəli marşrut xətlərində qiymət artımı ilə bağlı xəbər yayılıb.
Sosial şəbəkələrdə yayılan xəbər həqiqəti əks etdirmir.
"Belə həssas məsələlərlə bağlı fikir bildirənlər diqqətli və məsuliyyətli olmalıdır. Kim iddia edirsə ki, qeyd olunan marşrut xətlərində qiymət artımı var buyursun, ''BakıKart''ını təqdim etsin, biz də araşdıraq. "Faiqoğlu"MMC-nin müvəqqəti istismarında olan 18 və 65 nömrəli marşrut xətləri üzrə ödəniş BakıKart vasitəsilə nağdsız formadadır. Heç bir qiymət dəyişikliyindən söhbət getmir", - deyə M.Ağayev bildirib.

Tehsil-press.az

Oxşar xəbərlər