Bu il Azərbaycana gətiriləcək vaksinlərin sayı açıqlanıb

Bu il Azərbaycana gətiriləcək vaksinlərin sayı açıqlanıb 2022-ci il ərzində Azərbaycana gətiriləcək vaksinlərin sayı açıqlanıb.
Bununla bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyin məlumatında qeyd edilir ki, təsdiq olunmuş müqaviləyə əsasən, bu il ölkəyə ümumilikdə 3 280 000 doza vaksinin gətirilməsi nəzərdə tutulub.
Xatırladaq ki, hazırda Azərbaycanda COVID-19 əleyhinə vaksinasiyada “Coronavac”, “Sputnik V” və “Pfizer” vaksinlərindən istifadə olunur.

Tehsil-press.az

Oxşar xəbərlər