UFAZ-da 300-dək tələbə imtahan verib

UFAZ-da 300-dək tələbə imtahan verib Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) 2021-2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyası davam edir.
Yanvarın 12-də universitetdə 300-dək tələbə imtahan verib. Onlardan 70-i magistratura pilləsində təhsil alır.
Qeyd edək ki, UFAZ-da bakalavr pilləsi üzrə 4, magistratura üzrə 3 ixtisas var.

Tehsil-press.az


Oxşar xəbərlər