2020/2021-ci tədris ilindən etibarən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) ilk dəfə olaraq magistratura proqramı fəaliyyətə başlayacaq.
Bunu fevralın 6-da UFAZ-da keçirilən mətbuat konfransında ADNSU-nun rektoru, professor Mustafa Babanlı deyib. O bildirib ki, UFAZ-da magistratura pilləsində tədris tətbiqi kompüter elmləri, geofizika, fiziki kimya və kimya mühəndisliyi ixtisasları üzrə aparılacaq.
Rektor məlumat verib ki, 2 il nəzərdə tutulan magistratura proqramının sonunda məzunlara iki diplom (ADNSU və Unistra) veriləcək. Bakalavrda olduğu kimi magistratura proqramı üzrə də tədris ingilis dilində aparılacaq.
Tehsil-press.az