UFAZ-da yeni tədris ilinə başlanılıb

UFAZ-da yeni tədris ilinə başlanılıb Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) həm magistratura, həm də bakalavr pilləsi üzrə yeni tədris ilinə start verilib.
Bu ali məktəbdə dərslərin digər ali təhsil müəssisələrinə nisbətən daha tez başlanması universitetin rəhbər komitəsinin sonuncu qərarına əsasən qəbul edilib. Yeni qaydalara əsasən dərslər üzbəüz qaydada keçiriləcək.
2021-2022-ci ilin payız semestrində yerli müəllimlərlə yanaşı, UFAZ-ın daimi əcnəbi müəllimləri və Strasburq və Renn 1 universitetlərindən dəvət olunan professor və müəllim heyəti də üzbəüz qaydada tədris aparacaq. UFAZ-da daimi əsasla 7 nəfər fransalı müəllim fəaliyyət göstərir.
Bu il 5 yaşını qeyd edən Azərbaycan-Fransız Universitetində ümumilikdə 710 tələbə təhsil alır.
Tədris prosesi pandemiya qaydalarına tam uyğun qaydada təşkil edilib. Bütün dərs otaqlarında tələbələrin ara məsafəsinə riayət olunub. Qoruyucu maska taxılması mütləqdir. Otaqlarda və dəhlizlərdə dezinfeksiyaedici maddələr qoyulub. 18 yaşı tamam olmuş tələbələr ən azı 1-ci doza vaksin və ya immunitet sertifikatı ilə universitetə buraxılıb.
UFAZ məzunları ADNSU ilə yanaşı Fransanın Strasburq və Renn 1 universitetlərinin də diplomlarını alırlar.

Tehsil-press.az


Oxşar xəbərlər