BDU-da imtahan sessiyası uğurla davam edir

BDU-da imtahan sessiyası uğurla davam edir Bakı Dövlət Universitetində (BDU) 2020/2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyası uğurla davam edir.
Yanvarın 26-da ümumilikdə 318 qrupda 6582 bakalavr (411 nəfəri “SABAH” qrupları olmaqla) imtahan verib. BDU-nun Qazax filialında isə 16 qrup üzrə 336 tələbə imtahanlarda iştirak edib. Magistratura pilləsində isə 114 ixtisaslaşmada 60 fənn üzrə imtahan verən magistrantların sayı 330-dur.
BDU-da imtahan sessiyasının mövcud qaydalara uyğun təşkili, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması istiqamətində bütün tədbirlər həyata keçirilib.
Tələbələrin imtahanla bağlı şikayətini dinləmək və operativliyi təmin etmək məqsədilə universitetdə “Qaynar xətt” və Apelyasiya Komissiyası da fəaliyyətini davam etdirir.

Tehsil-press.az

Oxşar xəbərlər