Bu gün UFAZ-da 546 tələbə imtahan verib

Bu gün UFAZ-da 546 tələbə imtahan verib Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) qış imtahan sessiyası davam edir.
Yanvarın 11-də universitetdə 546 tələbə imtahan verib.
İmtahanlar yanvarın 14-də başa çatacaq.
Qeyd edək ki, UFAZ-da bakalavr pilləsi üzrə 4, magistratura üzrə 3 ixtisas var.

Tehsil-press.az


Oxşar xəbərlər