Müasir bacarıqların inkişafı üçün - STEAM layihəsi

Müasir bacarıqların inkişafı üçün - STEAM layihəsi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 178 ümumi təhsil məktəbində STEAM layihəsi tətbiq edilir.
BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrindən “Müasir bacarıqların inkişafı üçün - STEAM layihəsi” mövzusunda fotosessiyanı təqdim edirik.
2019-cu ildən Təhsil Nazirliyi tərəfindən tətbiqinə başlanılan STEAM (Science, Technology, Engineering, Art və Math) layihəsinin əsas məqsədi təhsilalanlarda tənqidi, yaradıcı düşüncə, əməkdaşlıq və s. kimi XXI əsr bacarıqlarını formalaşdırmaq, yaradıcı proses vasitəsilə öyrənmə imkanı yaratmaq, fənləri ayrılıqda öyrətmək deyil, onları real dünyadakı tətbiqlərə əsaslanan vahid öyrənmə modelində birləşdirmək, müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə müasir İKT avadanlıqlarından istifadə etmək qabiliyyətlərini yüksəltməkdir.

Tehsil-press.az


Oxşar xəbərlər