Tələbələrə “STEAM Azerbaijan” layihəsi barədə məlumat verilib

Tələbələrə “STEAM Azerbaijan” layihəsi barədə məlumat verilib Təhsil İnstitutu tərəfindən həyata keçirilən “Kibertəhlükəsizlik” layihəsinin bir qrup iştirakçısı “STEAM Azerbaijan” layihəsi ilə tanışlıq məqsədilə təlimdə olub.
Təlimdə iştirak edən 21 tələbəyə STEAM konsepsiyası, humanoid robotlar, CNC Laser aparatları, Micro:bit və Arduino kimi kitlər barədə məlumat verilib.
Təlimin təşkilində əsas məqsəd tələbələr tərəfindən hər iki layihə üçün maraq doğuracaq təkliflərin hazırlanması olub.
Qeyd edək ki, Təhsil İnstitutu tərəfindən həyata keçirilən “Kibertəhlükəsizlik” təlim layihəsi kibertəhlükəsizlik, kibercinayətkarlıqla mübarizə haqqında bilik və bacarıqların inkişaf etdirilməsinə yönəlib. “STEAM Azerbaijan” layihəsi Təhsil Nazirliyi tərəfindən başladılıb və Təhsil İnstitutu tərəfindən icra olunur.

Tehsil-press.az


Oxşar xəbərlər