Bakı Şəhər üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin müəllimləri üçün STEAM layihəsi çərçivəsində təlimlər keçirilir.
Təlimlərdə STEAM layihəsi tətbiq olunan və 2021-2022-ci tədris ilində layihənin tətbiqi nəzərdə tutulan məktəblərin müəllimləri iştirak edir.
Təlimlərin əsas məqsədi STEAM dərslərini tədris edəcək müəllimləri müvafiq istiqamətdə peşəkar inkişafa sövq etmək, onlarda XXI əsr bacarıqlarının - yaradıcı və bədii düşüncə, əməkdaşlıq, həmçinin ünsiyyətin inkişaf etdirilməsi, müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə innovativ texnologiyalardan istifadə qabiliyyətinin yüksəldilməsindən ibarətdir. Təlimlər çərçivəsində müəllimlərə STEAM düşüncəsi və metodikası, fənlərarası əlaqə, layihə əsaslı öyrənmə, innovativ təlim metodikaları və digər bu kimi istiqamətlərdə praktik biliklər verilir. Həmçinin müəllimlər STEAM dərslərində istifadə olunan müasir avadanlıqlarla tanış olur, müxtəlif tapşırıqlar yerinə yetirərək yeni cihazların iş prinsipi və müxtəlif layihələrdə tətbiqi üsullarını öyrənirlər.
Təlimlərdə müəllimlərə “STEAM təhsil metodu”, “STEAM metodologiyaları”, “Robototexnika”, “3D modelləşdirmə” və “3D çap modulları” ilə bağlı geniş məlumatlar verilir, mövzu ətrafında fikir mübadiləsi aparılır, iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilir.
Qeyd edək ki, STEAM layihəsinin məqsədi müasir təhsil çağırışları əsasında inkişaf etmiş ölkələrdə tətbiq edilən təhsil yeniliklərinin ölkəmizdə tətbiqi imkanlarının öyrənilməsi və öyrədilməsindən ibarətdir. STEAM beş sahənin – elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatın birgə və inteqrasiya olunmuş tədrisi ideyası üzərində qurulub.
Tehsil-press.az