2021-2022-ci tədris ilindən etibarən bütün peşə təmayüllü siniflərdə STEAM metodologiyası tətbiq olunacaq.
Bu barədə “Peşə təmayüllü siniflərin təşkili” layihəsinin hesabat tədbirində məlumat verilib.
Bildirilib ki, layihə çərçivəsində 2021-2022-ci tədris ilində yeni siniflərin açılması ilə paytaxt və bölgələri əhatə etməklə siniflərin sayı 80 məktəbdə 124-çatdırılacaq.
Qeyd edək ki, layihənin yaradılmasında məqsəd ümumi orta təhsil bazasında təhsilalanların müxtəlif peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsi, peşə ixtisasları barədə məlumatlandırılmaqla əmək bazarına, eləcə də peşə təhsilinə hazırlanmasıdır. Eyni zamanda, təhsilalanlara ilkin sahibkarlıq bacarıqlarının aşılanması, əmək bazarının peşəyönümü hazırlıqlı və əmək qabiliyyətli şəxslərlə təmin edilməsidir.
Xatırladaq ki, Təhsil Nazirliyi tərəfindən həyata keçirilən STEAM təhsil metodu şagirdlərə beş sahənin - Elm (Science), Texnologiya (Technology), Mühəndislik (Engineering), İncəsənət (Art) və Riyaziyyatın (Math) birgə və inteqrasiya olunmuş şəkildə tədrisi ideyası üzərində qurulub. Layihənin məqsədi XXI əsr bacarıqlarının - yaradıcı və bədii düşüncə, əməkdaşlıq, həmçinin ünsiyyətin inkişaf etdirilməsi, müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə innovativ texnologiyalardan istifadə etmək qabiliyyətinin yüksəldilməsi, istehsal, habelə sahibkarlıq təfəkkürünün təşviqidir.
Tehsil-press.az