Təhsil müəssisələrində 20 Yanvara həsr olunmuş xüsusi dərslər keçiriləcək

Təhsil müəssisələrində 20 Yanvara həsr olunmuş xüsusi dərslər keçiriləcək Yanvarın 19-da təhsil müəssisələrində 20 Yanvar faciəsinin otuz ikinci ildönümünə həsr olunmuş xüsusi dərslər keçiriləcək.
Bu barədə təhsil nazirinin müvafiq əmri ilə təsdiqlənmiş “20 Yanvar faciəsinin otuz ikinci ildönümü ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planı”nda qeyd edilib.
Tədbirlər Planına əsasən, təhsil müəssisələrində 20 Yanvar faciəsinin otuz ikinci ildönümünə həsr olunmuş kitab, foto və rəsm sərgisinin, ədəbi-bədii kompozisiyaların təşkili, konfrans, seminar, mühazirə və dəyirmi masaların da keçirilməsi nəzərdə tutulur.

Tehsil-press.az

Oxşar xəbərlər