20 Yanvar faciəsinə həsr olunan dəyirmi masalar təşkil edilib

20 Yanvar faciəsinə həsr olunan dəyirmi masalar təşkil edilib Təhsil Nazirliyi tabeliyində fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzləri 20 Yanvar faciəsinin otuz birinci ildönümü ilə əlaqədar dəyirmi masalar təşkil edib.
Tədbirlərdə Vətən yolunda canlarından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Onlayn keçirilən dəyirmi masalarda uşaqlara xalqın milli azadlığı, müstəqilliyi uğrunda Azərbaycanın tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 Yanvar hadisələri barədə geniş məlumat verilib. Tədbirlərdə ulu öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə şəhidlərin xatirəsinin uca tutulmasından və şəhid ailələrinə göstərilən xüsusi diqqətdən bəhs olunub. Dərnək üzvlərinin ifasında şəhidlərin xatirəsinə həsr olunmuş şeirlər səsləndirilib.

Tehsil-press.az



Oxşar xəbərlər