Fevralın 26-da ilk dərslər Xocalı soyqırımına həsr olunacaq

Fevralın 26-da ilk dərslər Xocalı soyqırımına həsr olunacaq Fevralın 26-da təhsil müəssisələrində ilk dərslər Xocalı soyqırımına həsr olunacaq.
“Xocalı soyqırımının 28-ci ildönümünün keçirilməsi ilə əlaqədar Tədbirlər Planı”na əsasən, tədris olunacaq dərslərdə şagirdlərə XX əsrin ən böyük faciəsi barədə ətraflı məlumat veriləcək, Vətənə məhəbbət hissləri təbliğ olunacaq.
Tədbirlər Planına uyğun olaraq, təhsil müəssisələrində Xocalı soyqırımına həsr olunmuş xatirə gecələri, foto və rəsm sərgiləri, şahidlərlə görüşlərin keçirilməsi, sənədli və bədii filmlərin nümayişinin təşkil edilməsi nəzərdə tutulub.
Eyni zamanda, təhsil müəssisələrinin müəllim və şagird kollektivi Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Ana fəryadı” abidəsini ziyarət edəcəklər.

Tehsil-press.az

Oxşar xəbərlər