AMEA-nın Fizika İnstitutunda 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Öncə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə AMEA-nın birinci vitse-prezidenti v.i.e, institutun baş direktoru, akademik Arif Həşimov açıb. O bildirib ki, sovetlər birliyi xalqın hakimiyyətə qarşı çıxışlarını bəhanə gətirərək yanvarın 19-da Bakı şəhərinə qoşunlar yeridib. Baş direktor çıxışında həmin gecə Bakının müxtəlif rayonlarında sovet əsgərləri tərəfindən 137 insanın qətlə yetirildiyini, 700-dən artıq vətəndaşın yaralandığını bildirib.
A.Həşimov qeyd edib ki, 20 Yanvar hadisələrinə əsil siyasi qiymətin Ümummilli Lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra verildiyini vurğulayıb.
Akademik A.Həşimov Ümummilli Lider Heydər Əliyev siyasətinin davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərdiyi siyasət və ordumuzun şücaəti nəticəsində 30 ilə yaxın işğal altında olanda torpaqlarımızın düşmən əsarətindən azad olunduğunu bildirib. Çıxışının sonunda A.Həşimov vurğulayıb ki, 20 Yanvar şəhidlərinin xatirəsini yaşatmaq və gələcək nəsilləri bu haqda məlumatlandırmaq hər bir vətəndaşın borcudur.
Tədbirdə Həmkarlar ittifaqının sədri, fizika üzrə fəlsəfə doktoru Sitarə Bağırova və başqaları çıxış edərək 20 Yanvar faciəsinin Azərbaycan xalqının tarixində baş verən ən dəhşətli hadisələrdən biri olduğunu vurğulayıb və 1990-cı ilin yanvar ayının 19-dan 20-ə keçən gecə törədilən vəhşiliklərdən danışıblar.
Tehsil-press.az