Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş tədbir keçirilib. Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq Azərbaycanın Vətən müharibəsində Qələbəsindən sonra Prezident İlham Əliyevin Şuşaya etdiyi səfəri Qələbəmizin zirvəsinin fəthi adlandırıb.
“İndi biz ərazi bütövlüyünü təmin etmiş ölkənin ziyalıları kimi 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad edirik. 20 Yanvar Azərbaycan tarixinin həm faciəvi günüdür, həm də müstəqilliyimizin qaçılmaz olduğunu ortaya qoyan hadisədir. Ölkə Prezidenti İlham Əliyev hər il Azərbaycan xalqına bununla bağlı müraciət edir. Heydər Əliyev və İlham Əliyev birliyi Azərbaycan xalqını xilas etdi. Bu il həm 20 Yanvar, həm Qarabağ müharibəsi şəhidlərinin qisası alındı. Ermənistanın kapitulyasiya aktına imza atması ilə ərazi bütövlüyümüzün təmin olunması şəhidlərimizin qanının hədər getmədiyini sübut etdi”, – deyə alim bildirib.
Akademik İsa Həbibbəyli 20 Yanvar faciəsinə ilk dəfə olaraq ümummilli lider Heydər Əliyevin 1990-cı il yanvarın 21-də Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək bəyanatla hüquqi-siyasi qiymət verdiyini qeyd edib.
Sonra Ədəbiyyat İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənli “20 Yanvar faciəsi ədəbiyyatda” mövzusunda məruzə ilə çıxış edib. Filologiya üzrə fəlsəfə doktoru İsmixan Osmanlı isə həmin hadisələrin canlı şahidi kimi xatirələrini danışıb.
Tehsil-press.az