AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar tədbir keçirilib. Əvvəlcə şəhidlərin əziz xatirəsi anılıb.
Tədbirdə institutun elmi işlər üzrə direktor müavini AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı 20 Yanvar hadisələri haqqında ətraflı məlumat verib, bu faciənin tariximizin qanlı, həm də qəhrəmanlıq səhifəsi olduğunu vurğulayıb. M.Babanlı ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinə siyasi və hüquqi qiymət verildiyini bildirib. Alim deyib ki, Vətən müharibəsində biz böyük Zəfər qazandıq, torpaqlarımız işğaldan azad edildi. İndi şəhidlərin ruhu şaddır.
Sonra professor Arif Əfəndi, Gənc Alim və Mütəxəssislər Şurasının sədri kimya üzrə fəlsəfə doktoru Elmir Babayev, mühəndis Sima Əliyeva və başqaları 20 Yanvar qırğınının dəhşətlərindən bəhs ediblər.
Diqqətə çatdırılıb ki, faciədən dərhal sonra – 1990-cı il yanvarın 21-də ulu öndər Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək keçirdiyi mətbuat konfransında kəskin bəyanatla çıxış edib, Bakıda törədilən qanlı hadisələrin günahkarlarının cəzalandırılmasını tələb edib.
Çıxış edənlər 20 Yanvar faciəsinin heç vaxt yaddan çıxmayacağını, şəhidlərin xatirəsinin daim əziz tutulacağını bildiriblər.
Tehsil-press.az