FİZİKA İNSTİTUTUNDA 20 YANVAR ŞƏHİDLƏRİNİN XATİRƏSİ YAD EDİLİB

FİZİKA İNSTİTUTUNDA 20 YANVAR ŞƏHİDLƏRİNİN XATİRƏSİ YAD EDİLİB Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunda 20 Yanvar şəhidlərinin 29-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Tədbiri giriş sözü ilə İnstitutun elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinov açıb. O bildirib ki, Sovet Rusiyası dəfələrlə azərbaycanlılara qarşı qırğın törədib. 80-ci illərin ikinci yarısından başlayaraq erməni separatçıları Azərbaycan torpağı olan Qarabağa ərazi iddialarını irəli sürməyə başladılar. C.Abdinov 20 Yanvar faciəsi Azərbaycan xalqının tarixində baş verən ən dəhşətli hadisələrdən biri olduğunu vurğulayıb.
Ümumiyyətlə, 20 Yanvar facicəsi zamanı 147 nəfər qətlə yetirilib, 744 nəfərə yaxın yaralanıb, 841 nəfər qanunsuz həbs olunub, 200-ə yaxın ev isə dağıdılıb. 20 Yanvar hadisəsindən sonra Sovet hökümətinin süqutu sürətləndi. Bildirib ki, hələ qanlı faciənin ertəsi günü həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn ulu öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında qəzəblə qınadı, ifşaedici və cəsarətli bəyanat verdi. Ümummilli lider bu hadisəni xalqa qarşı cinayət adlandırmışdı.
C.Abdinov Azərbaycanın mütəqillik tarixindən danışıb və gələcək nəsillərin şanlı tarixi unutmamalı olduğunu qeyd edib.
Çıxışın sonunda 20 Yanvar şəhidləri bir dəqiqəlik sükutla yad olunublar.

Məryəm Rafaelqızı
AMEA Fizika İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri

Oxşar xəbərlər