Azərbaycan Texniki Universitetinin (AzTU) 2021-2030-cu illər üçün inkişaf strategiyasina əsasən, XXI əsrin qlobal tələblərinə cavab verən Dayanıqlı və İnklüziv Universitet qurulması nəzərdə tutulub.
2025-ci ilədək universitetdə bütün sahələrdə rəqəmsallaşmanı təmin etmək məqsədilə rəqəmsal idarəetmə və mükəmməl elektron tələbə-məlumat bazasının yaradılması, tədris prosesinin elektron təşkili və idarə edilməsi, elektron kitabxana informasiya sisteminin təşkili və xidmətlərin elektronlaşması planlaşdırılır.
Qeyd edək ki, strategiyanın məqsədi rəqəmsal platformada texnoloji gələcək üçün ağıllı həllər vermək və bu yöndə mütəxəssis hazırlığını təmin etmək, mühəndislik elmləri və ağıllı texnologiyaların tətbiqi sahəsində regionda lider universitet olmaqdır.
Tehsil-press.az