Dünyada ötən sutka ərzində 2,6 milyondan çox insan koronavirusa yoluxub

Dünyada ötən sutka ərzində 2,6 milyondan çox insan koronavirusa yoluxub Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı son sutka ərzində 2,6 milyon nəfərdən çox olub.
Ötən sutka ərzində 2 milyon 653 min 676 nəfər yeni koronavirusa yoluxub, 7 min 671 nəfər isə pandemiyanın qurbanı olub. Bununla da yoluxanların ümumi sayı 372 milyon 924 min 584, ölənlər isə 5 milyon 675 min 413 nəfərə çatıb.
Ötən sutka ərzində virusa ən çox yoluxma halı (332 min 338 nəfər) Fransada və bu xəstəlikdən ölüm faktı (1127 nəfər) isə ABŞ-da qeydə alınıb.
Dünyada bu vaxtadək ən çox yoluxma halı ABŞ (75,4 milyon), Hindistan (41 milyon), Braziliya (25,2 milyon), Fransa (18,8 milyon), Böyük Britaniya (16,4 milyon), Rusiya (11,6 milyon) və Türkiyədə (11,4 milyon) qeydə alınıb.
Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin həmin ilin sonunda Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST ötən il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra - martın 11-də isə koronavirusu pandemiya elan edib.

Tehsil-press.az



Oxşar xəbərlər