COVID-19 virusuna yoluxanların sayı 290 milyon nəfəri ötüb

COVID-19 virusuna yoluxanların sayı 290 milyon nəfəri ötüb Dünya üzrə COVID-19 infeksiyasına yoluxanların sayı 290 milyon nəfəri ötüb.
Hazırda bütün dünyada koronavirusa 290 milyon 108 min 660 yoluxma halı qeydə alınıb. Həmçinin infeksiya səbəbindən ölənlərin sayı 5 milyon 459 min 336 nəfərə, sağalanların sayı isə 254 milyon 408 min 871 nəfərə çatıb.
ABŞ COVID-19 infeksiyasına həm yoluxanların, həm də ölənlərin sayına görə dünyada liderlik edir. Birləşmiş Ştatlarda koronavirusa yoluxanların sayı 55 milyon 864 min nəfəri keçib, 847 mindən çox insan infeksiya səbəbindən həyatını itirib, 41 milyon 519 minə yaxın insan isə sağalıb.
Yoluxanların sayına görə ikinci yerdə qərarlaşan Hindistanda 34 milyon 889 min 519 nəfərdə COVID-19 xəstəliyi təsdiqlənib, 481 min 770 nəfər vəfat edib, sağalanların sayı 34 milyon 284 min 561 nəfərə çatıb.
Yoluxma göstəricisinə görə üçüncü pillədə Braziliya qərarlaşıb. Bu Cənubi Amerika ölkəsində pandemiya dövrü ərzində 22 milyon 291 min 507 nəfər virusa yoluxub, onlardan 616 min 139 nəfəri ölüb, 21 milyon 567 min 845 nəfər isə sağalıb.

Tehsil-press.az


Oxşar xəbərlər