İtaliyada daha 7270 nəfər koronavirusa yoluxub

İtaliyada daha 7270 nəfər koronavirusa yoluxub Son sutka ərzində İtaliyada koronavirusa 7270 yeni yoluxma faktı qeydə alınıb.
Virusa yoluxanların sayı ümumilikdə 4 milyon 420 min 429 nəfərə yüksəlib. Son sutka ərzində 216 min 969 koronavirus testi icra edilib. COVID-19-a yoluxanlardan 30 nəfəri vəfat edib, bununla da virus qurbanlarının sayı 128 min 334-ə çatıb.
Ötən 24 saatda 4715 nəfərin virusdan sağaldığı və aktiv xəstə sayının isə 121 min 285 olduğu açıqlanıb. Reanimasiya şöbəsində olan xəstələrin sayı 15 nəfər artaraq 352 olub.
İndiyədək İtaliyada 73 milyon 74 min 886 nəfərə vaksin vurulub, hər iki dozanı qəbul edənlərin sayı 35 milyon 216 min 55-ə yüksəlib.

Tehsil-press.az


Oxşar xəbərlər