“Baku International HR Forum”u təşkil olunub

“Baku International HR Forum”u təşkil olunub Azərbaycan HR İnstitutunun təşkilatçılığı ilə “Baku International HR Forum”u keçirilib.
6 ölkədən 16 spiker və 300-ə yaxın iştirakçının qatıldığı forumda insan kapitalının inkişafı, müasir innovasiyalar və idarəetmə (CEO) panelləri üzrə müzakirələr aparılıb.
Azərbaycan İnsan Resursları İnstitutunun təsisçisi Emil Hüseynov bildirib ki, “Baku International HR Forum”u Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” Sərəncamında əks olunan beş milli prioritetdən üçüncüsü – “Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı” bəndindən irəli gələrək təşkil olunub. Forumun baş sponsorları “Kapital Bank” və “Azercell”, sponsoru “MKT Cotton” MMC-dir.
“Baku International HR Forum”unda insan resursları sahəsində ən uğurlu nailiyyətləri olan şirkət və fərdləri qeyd etmək üçün “HR AWARDS" 2022 mükafatlandırma mərasimi də keçirilib.
Qeyd edək ki, ölkəmizdə ilk dəfə keçirilən “Baku International HR Forum”u insan resursları sahəsinin təsir gücünə malik ən peşəkar nümayəndələrini bir araya gətirərək insan resursları sahəsində dünyada tətbiq olunan yeniliklər, bu sahədə müasir innovasiyalar və texnologiyanın inkişafı, fərqli təcrübələrin dialoqlar, müzakirələr və fikir mübadilələri ilə paylaşılmasını hədəfləyən qlobal forumdur.

Tehsil-press.az



Oxşar xəbərlər