“World Skills International” təşkilatına üzvlük çərçivəsində görüş keçirilib

“World Skills International” təşkilatına üzvlük çərçivəsində görüş keçirilib Təhsil naziri Emin Əmrullayev “World Skills International” (WSI) təşkilatının rəhbər heyəti ilə onlayn formatda görüşüb.
Görüşdə Azərbaycanın “World Skills International” təşkilatına üzvlüyünün rəsmiləşdirilməsi çərçivəsində ölkənin qarşısında duran əsas prioritetlər və üzvlüyün ölkə üçün yaradacağı imkanlar müzakirə olunub.
Görüş zamanı təşkilata üzvlüyün “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi” çərçivəsində görülən tədbirlərin məntiqi davamı olduğu vurğulanıb.
Görüşdə, həmçinin Peşə Təhsili üzrə Dövlət Agentliyinin və Təhsil Nazirliyinin əməkdaşları da iştirak ediblər.
Qeyd edək ki, “World Skills International” dünyada peşə bacarıqlarını təbliğ edir və peşələrin olimpiadası kimi tanınır. Azərbaycanın bu təşkilatın oktyabrda keçiriləcək ümumi yığıncağında üzvlüyünün təsdiqlənməsi gözlənilir.

Tehsil-press.az

Oxşar xəbərlər