Son günlər Yaponiyanın Hönşü adasının şimalında yağan aramsız qar səbəbindən Aomori şəhərində hündür qar yığınları əmələ gəlib.
Yalnız şəhərdə yerləşən aeroport ərazisinə yanvarın 30-da 165 santimetr qalınlığında qar yağıb. Şəhər ətrafındakı dağlara isə 434 santimetr qalınlığında qar yağdığı bildirilir. Bu, həmin istiqamətdə müşahidələrin aparılmasına başlanandan bəri rekord miqdarda qar yağıntısıdır. Şəhərə orta hesabla qış fəsli boyunca 567 santimetr qarın düşdüyü qeyd edilir.
Həmçinin bildirilir ki, yanvarın 31-də və fevralın 1-də qartəmizləyən maşınların işləməsindən sonra yolların kənarında 3-4 metr qalınlığında qar yığınları əmələ gəlib.
Yerli hakimiyyət orqanları sakinləri belə “tunellər” boyunca hərəkət edərkən ehtiyatlı olmağa çağırıb.
Tehsil-press.az