Fransada çimərlikdə qeyri-adi hadisə

Fransada çimərlikdə qeyri-adi hadisə Fransanın Nitsa şəhərinin çimərliyində diametri 5 metr, dərinliyi isə 2 metr olan quyu əmələ gəlib.
Şəhərin meri Kristian Estrozi artıq hadisə ilə bağlı tvitterdə açıqlama da verib.
“Narahatlığa əsas yoxdur, bu təbii hadisədir. Xüsusi olaraq jurnalistlər üçün: bu tramvay izi deyil”,- deyə mer bildirib.
Çökmə yeraltı qrunt sularının nəticəsində əmələ gəlib. Hökumət geoloji araşdırmalar apardıqdan sonra cümə günü quyu doldurulacaq.

Fransada çimərlikdə qeyri-adi hadisə

Tehsil-press.az

Oxşar xəbərlər