Vladimir Putin Viktor Orban üçün qaz ilə bağlı heç bir problem olmayacağını vəd edib

Vladimir Putin Viktor Orban üçün qaz ilə bağlı heç bir problem olmayacağını vəd edib Avropada qazla bağlı problemlər yaxın vaxtda aradan qalxmayacaq. Bu problemlər gələn il də qalacaq, bəlkə daha da kəskinləşəcək.
RF Prezidenti Vladimir Putin bunu Macarıstanın Baş naziri Viktor Orban ilə görüşün yekunlarına həsr edilmiş mətbuat konfransında bəyan edib. Eyni zamanda, Rusiya lideri vəd edib ki, bu problemlərin Macarıstana dəxli olmayacaq. Vladimir Putin deyib: “Macarıstanın problemləri olmayacaq, ona görə ki, biz əlavə həcmdə qaz ayrılması məsələsini razılaşdıracağıq”.
Rusiya Prezidenti qeyd edib ki, daha 1 milyard kubmetr qaz ayrılması Rusiya üçün çətin olmayacaq.
Qeyd etmək lazımdır ki, Macarıstan Rusiyadan qazı Avropa üzrə orta qiymətdən 5 dəfə ucuz qiymətə alır. Əlbəttə, bu cür əməkdaşlıq Budapeşt üçün sərfəlidir.

Tehsil-press.az


Oxşar xəbərlər