UNEC-in məzunları Prezident mükafatına layiq görülüblər

UNEC-in məzunları Prezident mükafatına layiq görülüblər Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) məzunları Azər Əliyev və Emiliya Bayramova Prezident İlham Əliyevin Sərəncamına əsasən Gənclər üçün Prezident mükafatına layiq görülüblər.
Azər Əliyev 2010-2014-cü illərdə UNEC-in Beynəlxalq iqtisadi münasibətlər fakültəsində Dünya iqtisadiyyatı ixtisası üzrə bakalavr təhsili alıb. Hazırda isə UNEC-də MBA proqramında layihələrin idarə edilməsi ixtisası üzrə magistr təhsili alır. Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədridir.
Emiliya Bayramova 2016-2020-ci illərdə UNEC-in Rus İqtisad Məktəbində beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr təhsili alıb. Hazırda “ASAN Könüllüləri” Gənclər Təşkilatının sədridir.

Tehsil-press.az

Oxşar xəbərlər